• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1235
— 25.07.2020 16:44

Polad Bülbüloğlu bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib

KepezTV Player

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiyada yaşayan azərbaycanlılara müraciət edib. Vurğulayıb ki, təxribatlara layiqli cavab vermək üçün, eyni zamanda küçə döyüşlərinin səviyyəsinə düşməmək üçün bir yerdə olmalıyıq. "Mübarizəmiz istisnasız olaraq qanun çərçivəsində aparılmalıdır. Xoşagəlməz vəziyyətə düşməmək üçün qanunları pozmayın, ona görə ki, bizim sizinlə bir məqsədimiz var – bu, Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqətləri bərpa etməkdir. Ədalət bizim tərəfimizdədir və o, mütləq zəfər çalacaq!!!" deyə səfirin müraciətində qeyd olunub.