• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1799
— 25.07.2020 16:59

Məktəb biansı əsaslı təmir olunur

KepezTV Player

Təhsil infrastrukturunun müasirləşdirilməsi, ümumtəhsil məktəblərinin maddi–texniki təchizatının, tədris şəraitinin yaxşılaşdırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər davam etdirilir. Ağstafada da son illər 16 yeni məktəb binası tikilib istifadəyə verilib. Hazırda rayonun Muğanlı kənd tam orta məktəbində əsaslı təmir işləri aparılır. 40 ildir istifadədə olan bina müasir tələblər səviyyəsində yenidən quurlur. İki mərtəbəli təhsil ocağında kimya, fizika, bilogiya laboratotiryaları, eləcə də informatika kabenti yaradılacaq. Təhsil müəssisəsinin müxtəlif tutumlu iki su hovuzu da olacaq. Sinif otaqlarını normal istiliklə təchiz etmək üçün mərkəzi qazanxana sistemi yaradılır. Məktəb yeni tədris ilində istifadəyə veriləcək.  

Rəhim Gülümcanov - sahə rəisi: Məktəb binası üç korpusdan ibarətdir. Əlavə olaraq idman akt və yeməkxanadan ibarətdir. Məktəb binasının tikintisi zamanı kommunikasiya xəttləri tam olaraq yenilənib. Binada tikinti bərpa işləri tam başa çatıb.

Natiq Hüseyn