• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2168
— 25.07.2020 16:52

Kiyevdə iki azərbaycanlı tələbə güllələnib

KepezTV Player

Ukraynanın paytaxtı Kiyevdə iki azərbaycanlı tələbəyə atəş açılıb. Naməlum şəxslər iyulun 25-nə keçən gecə “Mercedes- Gelenvagen” markalı avtomobildən azərbaycanlı tələbələrə tapançadan atəş açıblar. Atəşin açıldığı avtomobilin və hadisəni törədən şəxslərin tapılması üçün hüquq-mühafizə orqanları hərəkətə keçib. Ayağından yaralanan Azərbaycan vətəndaşı Nicat Kərimov xəstəxanaya yerləşdirilib. Digər şəxs - 20 yaşlı Azər Abbasov da ayağından yaralanıb, ona tibbi yardım göstərilib, lakin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. Hadisənin ermənilər tərəfindən törədildiyi ehtimal edilir.