• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1863
— 25.07.2020 12:10

14 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək

KepezTV Player

Xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub. Bununla əlaqədar bu gün gecə saat 1-dən 27 iyul səhər saat 6-dək qeyd olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.