• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2130
— 25.07.2020 11:58

Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib

KepezTV Player

ABŞ-ın Nyu-York şəhərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Birləşmiş Millətlər Təşkilatının binası qarşısında keçirilən aksiya daha sonra Ermənistanın Nyu-Yorkdakı nümayəndəliyi qarşısında davam edib. Aksiyada "Erməni işğalına son", "Erməni aqressiyasına son", "Şəhidlər ölməz, vətən bölünməz" və digər şüarlar səsləndirilib. Nyu-York, Bostan, Nyu-Cersi, Konnektikut və Massaçusest ştatlarında olan təxminən 250 azərbaycanlı BMT-nin binası qarşısında aksiya keçirdikdən sonra polis nəzarəti ilə təxminən 3-4 kilometr yürüş edərək Nyu-Yorkdakı Ermənistan nümayəndəliyinin qarşısına gediblər. Ermənilər təxribata cəhd etsələr də, qarşısı alınıb. Aksiyada azərbaycanlılarla yanaşı, Türkiyə diasporunun nümayəndələri də iştirak edib.