• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2152
— 25.07.2020 12:04

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayıb

KepezTV Player

ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bəyanat yayıblar. 16 iyul tarixindən etibarən Azərbaycan-Ermənistan sərhədi boyunca nisbi sabitliyin hökm sürməsi alqışlanıb. Həmsədrlər tərəfləri münaqişənin hərtərəfli həllini tapmaq üçün ciddi əsaslı danışıqlara hazırlaşmaq üçün hazırkı aktiv hərbi əməliyyatların azaldılmasından faydalanmağa çağırıb. Bir daha vurğulanıb ki, bu həssas dövrdə təxribatçı bəyanatlardan və hərəkətlərdən, o cümlədən mülki şəxslərə və ya həyati əhəmiyyətli infrastrukturlar üçün təhdidlərdən çəkinmək vacibdir. Vurğulanıb ki, həmsədr ölkələrin birgə səylərini tənqid edən və ya birtərəfli qaydada yeni "şərtlər" yaratmaq, yaxud tənzimləmə prosesi formatında dəyişikliklər edilməsi konstruktiv dialoqun başlamasına imkan vermir. Həmsədrlər istənilən vaxt rəhbərlər və ya onların nümayəndələri ilə görüşməyə hazırdırlar. Qeyd olunub ki, ATƏT müşahidəçiləri ən qısa müddətdə bölgəyə qayıtmalıdırlar.