• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1910
— 24.07.2020 20:10

Nizami rayonu ərazisində yaşayan abituriyentlər imtahan verdi

KepezTV Player

Gəncənin Kəpəz rayonunda yaşayan şagirdlərdən sonra bu gün Nizami rayon ərazisində qeydiyyatda olan abituriyentlər imtahan verib. Əvvəlki illərin məzunları 1 və 4-cü ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsinə, 5-ci ixtisas qrupu və tam, yəni 11 illik orta təhsil bazasından isə kolleclərə qəbula görə imtahan keçirilib. 1249 nəfərin qatıldığı imtahan 6, 14, 17, 18, 22, 34 və 39 nömrəli məktəblərin binalarında baş tutub. 16  imtahan rəhbərinin və 124 zal nəzarətçisinin cəlb olunduğu imtahan koronavirus pandemiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejiminə uyğun formada təşkil edilib. Nizami yurdunda növbəti imtahanlar iyulun 29-30-da keçiriləcək.