• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2420
— 24.07.2020 20:15

Təxribatlarla bağlı bəyanatlar yayılıb, müraciətlər edilib

KepezTV Player

Xarici ölkələrdə yaşayan soydaşlarımıza təxribatlara uymamamaları ilə bağlı çağırışlar edilib, bəyanatlar yayılıb. Bu barədə daha ətraflı növbəti videomaterialda...

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin xarici ölkələrdə yaşayan dinc azərbaycanlı aksiyaçılara qarşı erməni təxribatçıları tərəfindən törədilən hücumlara dair Bəyanatında narahatlıq ifadə olunub. Ombudsman bütün həmkarlarını, Milli İnsan Hüquqları İnstitutlarını və insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatları dinc aksiyaçılara qarşı törədilən erməni hücumlarını qınamağa, bu cür etnik zəmində nifrəti təbliğ edən təxribatların qarşısını almağa, bir daha baş verməməsi üçün sərt tədbirlər görməyə, ən əsası, hüquq pozuntusuna yol vermiş şəxslərin müvafiq qaydada məsuliyyətə cəlb olunmalarına çağırıb.<br>

Baş vermiş hadisələrlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev tərəfindən Amerika Birləşmiş Ştatlarının, Kaliforniya Ştatının, Fransanın Paris şəhərinin və Belçika krallığının Brüssel şəhərinin Baş prokuroruna həm birbaşa, həm də diplomatik kanallarla rəsmi müraciət edilib. Göstərilib ki, erməni icmasının çox saylı üzvləri, erməni lobbisinin radikalları, Daşnaksütun partiyasının üzvləri, habelə beynəlxalq aləmdə terror qrupu kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları Azərbaycanın diplomatik nümayəndəliklərinə, həmvətənlilərimizə qarşı müxtəlif vandalizm aktları törədiblər, nəticədə azərbaycanlı dinc nümayişçilər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Birləşmiş Ştatların nüfuzlu “Con Batçelor Şou” radio proqramında bildirib ki, Ermənistanın son hücumunun əsas məqsədi münaqişənin miqyasını böyütmək və daha çox ölkəni cəlb etməkdir.  Son təxribat işğal olunmuş ərazilərdə və ya təmas xəttində deyil, Azərbaycan Ermənistan sərhədində - iki dövlətin beynəlxalq tanınmış sərhədində törədilib. Səfir Avropa və Asiyanı birləşdirən əsas infrastruktur xətlərinin buradan keçdiyini xatırladaraq, son gərginləşmənin regionun təhlükəsizliyinə böyük təhdid olduğunu qeyd edib. Elin Süleymanov ABŞ-nın müxtəlif ştatlarında yaşayan çoxsaylı icma üzvləri arasında videokonfrans formatında görüş zamanı deyib ki, vətəndaşlarımız və soydaşlarımızın etiraz askiyasında təmkinli və mədəni davranışı digərlərinə nümunə kimi göstərilə bilər. Bu nümunəvi davranış özlərini olduqca aqressiv və vəhşi aparan ermənilərin davranışı ilə heç cürə müqayisə oluna bilməz. Səfir, həmçinin icma üzvlərimizin haqlı qəzəbini anladığını və bölüşdüyünü, eyni zamanda, onları erməni radikalların təxribatlarına uymamağa və birlik nümayiş etdirərək təmkinli və soyuqqanlı olmağa çağırıb.<br>

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin Brüsseldə ermənilərin azərbaycanlılara qarşı təxribaxt xarakterli hücumu ilə bağlı bəyanatında vurğulanıb ki, erməni təcavüzkarlarının daş və iti kəsici alətlərlə, partlayıcı vasitələrlə hücumu nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarətlər alıb, inzibati bina dağıntılara məruz qalıb, şüşələr sındırılıb, azərbaycanlı icma nümayəndəsinin şəxsi avtomobili yararsız hala salınıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub. Hüquq-mühafizə orqanları tərəfindən 17 erməni təxribatçısı saxlanılıb.

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri tərəfindən də dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin böyüyərək dünyanın müxtəlif qitələrinə, o cümlədən, Avropa, Amerika müstəvisinə keçməsi, xarici ölkələrdə yaşayan azərbaycanlılar və ermənilər arasında etnik zəmində qarşıdurma hallarının yaşanması olduqca böyük təhlükənin göstəricisidir. Ermənilərin xaricdəki Azərbaycan diasporasını və diplomatik nümayəndəliklərimizi hədəf alması, üzərinə hücum etməsi həll olunmamış konfliktin fəsadlarıdır və dünya ictimaiyyəti buna biganə qalmamalıdır – deyə mürciətdə bildirilib.

Moskva və bütün Rusiyanın Patriarxı Kirill Ermənistan-Azərbaycan sərhədində gərginliklə bağlı tərəfləri dialoqu davam etdirməyə, Qafqazda gərginliyin artmasının sərf etdiyi güclərin arxasınca getməməyə çağırıb.