• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1529
— 23.07.2020 19:27

Gəncədə iki nəfəri bıçaqlayan şəxs saxlanıldı

KepezTV Player

Daha bir bıçaqlanma hadisəsi Gəncənin “Ət Kombinatı” adlanan ərazisində olub. 34 yaşlı Ramiz Məmmədov sağ baldırın arxa səhtinin kəsilmiş-cırılmış və Gədəbəy rayon Dəryirmandağı kənd sakini 35 yaşlı Kamil Nəcəfəliyev döş qəfəsəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, yaraları tikilib. Vəziyyətlərinin kafi olduğu bildirilir. İki nəfəri şəxsi münasibətlər zəminində şəhər sakini, 34 yaşlı Ruslan Novruzovun bıçaqladığı güman edilir. Faktla bağlı araşdırma aparılır.