• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1462
— 21.07.2020 20:33

Virtual “pul qabı”ndakı vəsaitlərin kart hesabına köçürülməsi mümkün olacaq

KepezTV Player

Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi davam edir. Portalda 10 iyuladək təqribən 364 min nəfər qeydiyyatdan keçib.Vətəndaşlar tərəfindən 10,3 milyondan çox kassa çeki barədə məlumat www.edvgerial.az portalında qeydə alınıb. Həmin çeklər üzrə geri ödənilməsi tələb olunan ƏDV-nin məbləği təqribən 5 milyon manat təşkil edir. Təsdiq olunmuş çeklər üzrə 2,7 milyon manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib, qalan məbləğ isə geri ödənilmə müddəti üzrə gözləmədədir.Artıq mobil tətbiq vasitəsilə “pul qabı”na yerləşdirilən vəsaitlərin ölkədaxili bank kartlarına köçürülməsi üçün texniki imkanlar təmin edilib. İndi vətəndaşlar vəsaiti nağdsız ödənişlərdə xərcləyə bilərlər. Hər bir istifadəçi, balansına uyğun olaraq, minimum 5 AZN məbləğində vəsaiti kart hesabına köçürə bilər. Maksimum məbləğ isə 500 AZN müəyyən edilib.