• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2139
— 21.07.2020 20:40

İmtahanlarda bəzi dəyişikliklər olacaq

KepezTV Player

Dövlət İmtahan Mərkəzi  tərəfindən 23-24 iyul tarixlərində sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda buraxılış imtahanları keçiriləcək. Bura narıncı zonaya aid edilən Gəncə də daxildir. Koronavirus infeksiyasının yayılmasının qarşısısının alınması məqsədilə bu il imtahanlarda bir sıra dəyişikliklər olacaq. Daha ətraflı qarşıdakı süjetdə biləcəksiz.

Bu günədək ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edilməyən bir çox şəhər və rayonlarda şagirdlər buraxılış imtahanları veriblər və artıq nəticələri də bəllidir. Ancaq məlum səbəbdən xəstəliyin daha çox yayıldığı ərazilərdə imtahanlar qeyri-müəyyən vaxta təxirə salınmışdı. Lakin Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının bununla bağlı müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verildikdən sonra bu həftə ərzində narıncı zonada, həmiçinin Gəncə də imtahanların keçirilməsinə icazə verilib. Göstərişlərə əsasən xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək imtahanlada cari ilin 9-cu və 11-ci sinif şagirdləri, eləcə də əvvəlki illərin məzunları iştirak edəcəklər. Nizami yurdunda reallaşacaq bu ilki imtahanlar digər illərlə müqayisədə bəzi dəyişikliklərlə yadda qalacaq.

Nəsimi Məmmədov DİM-in Gəncə regional bölməsinin müdiri:Kimlər ümumtəhsil müəssisələrinə 9-cu sinfində təhsil alanlar orta ixtisas təhsil müəssisələrinə sənəd verməyiblər, həmin şagirdlər 10-cu sinifdə təhsillərini davam etdirmək istəyirlərsə, onların imtahanları sentyabr ayında keçiriləcəkdir. Gəncə Regionlar bölməyə aid olan rayonların əksəriyyətində biz artıq imtahanları yekunlaşdırmışıq. Burada yalnız karantin elan olunan Göygöl, Samux, Goranboy və Mingəçevir qalacaq. Bu ərazilərdəki əvvəlki illərin məzunları üçün imtahan keçirilməmişdir. Növbəti həftələrdə həmin ərazilərdə də imtahanlar təşkil ediləcək.

Buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərin və onların valideynlərinin hərəkəti ilə bağlı məsələlərə gəldikdə isə.

Nəsimi Məmmədov DİM-in Gəncə regional bölməsinin müdiri:Hər bir abituriyent portala yerləşdirilib və imtahanda iştirak etmələri üçün onları müşayiət edəcək bir valideynə icazə vərəqində onun ad, soyad, ata adını yazır və qol çəkir. Həmin gün imtahan prosesində abituriyentlə birlikdə o şəxslərə üzrlü icazə verilir.

Mövcud vəziyyətlə əlaqədar imtahan baş tutacaq binalarda sanitar qaydalara uyğun olaraq dezinfeksiya işləri görülüb, tikililərin qarşısında sosial məsafəni qorumaq və abituriyentlərin buraxılış rejiminin həyata keçirilməsi üçün bir sıra təhlükəsizlik tədbirləri yerinə yetirilib. Bununla belə DİM rəsmisi imtahan verəcək şagirdlərə müraciət də edib.

Nəsimi Məmmədov DİM-in Gəncə regional bölməsinin müdiri:Abituriyentlərdən xahiş edərdik ki, imtahana gələrkən yenə lazım olacaq sənədləri mütləq imtahana gətirsinlər. Bunlar imtahana buraxılış vərəqəsi, şəxsiyyət vəsiqəsi, şəkili olmayan şəxsiyyət vəsiqəsidir. Onlara məktəb direktoru tərəfindən şəkilli arayışlar verilir, həmin arayışları da gətirsinlər. Vaxtında imtahanda olmaq lazımdır. Mütləq bəyannamələri gətirməlidirlər. İmtahan binasına tibbi maskada gəlməlidirlər və ümumi qaydaları əməl etməlidirlər.

Gəncədə 23 iyulda buraxlışın imtahanları 4, ayın 24-də isə 6 binada keçiriləcək. Ümumilikdə 2100 nəfərdən çox şagirdin qatılacağı imtahanlara 30 nəfərdən artıq imtahan rəhbəri və 200-dən çox zal nəzarətçisi cəlb ediləcək.