• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1796
— 21.07.2020 20:30

"Ermənistan "Metsamor AES" məsələsini qəsdən şouya çevirib"

KepezTV Player

Son günlər düşmənin Azərbaycanla sərhəd bölgələrində təxribat cəhdləri, bu cəhdlərin arxasında gizlənən əsl niyyət və bir neçə gün davam edən döyüşlərin nəticələri  barədə Xarici İşlər və Müdafiə Nazirliyi birgə mətbuat konfransı keçirib. Toplantıda düşmənin itikiləri gizlətməsindən və eləcə də gündəmdə olan Serbiyanın Ermənistana silah satması məsələsindən danışılıb.

Tovuz istiqamətində Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan postuna qəfil artilleriya zərbəsi endirməsi planlaşdırılmış hərbi təcavüzdü. Ermənistanın Tovuz istiqamətində təxribatlarının bir məqsədi də neft-qaz kəmərlərinə təhlükə yaratmaq, Şərq-Qərb Nəqliyyat Dəhlizinin təhlükəsiz olmaması barədə təəssürat formalaşdırmaq idi. Metsamor Atom Elektrik Stansiyası məsələsini isə Ermənistan şouya çevirdi.

Hikmət Hacıyev Prezident Administrasiyasının şöbə müdiri:Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Bakı şəhəri və Xəzər dənizindəki neft-qaz infrastrukturlarını vuracaqlarını bildirmişdi. Ermənistanın keçmiş rəhbərliyi Azərbaycanın şəhərlərini Ağdam kimi xarabalığa çevirəcəklərini bəyan edib. Son təxribatlar zamanı da müxtəlif dezinformasiyalar önə buraxılıb. Azərbaycanın Metsamor AES-lə bağlı fikri rəsmi mövqeyi əks etdirmir. Azərbaycanın hər hansı kritik strateji obyektləri hədəf almaq siyasəti yoxdur. Ermənistan Metsamor məsələsini qəsdən şouya çevirib. Metsamor AES özü region üçün ciddi təhlükə doğurur, köhnə texnologiyaya əsaslanır. Metsamor AES radioaktiv maddələrin qaçaqmalçılığı üçün bir vasitəyə çevrilib.

Hikmət Hacıyev onu da qeyd etdi ki, Azərbaycan artıq imitasiya xarakterli danışıqlarda iştirak etmək niyyətində deyil və minsk qrupunun  geniş miqyasda iclasının keçirilməsinə mütləq ehtiyac var.“Ermənistan və Azərbaycan öz aralarında razılığa gəlsin, Minsk Qrupu bunu dəstəkləyəcək”  demək isə həmsədrlərin missiyasına uyğun deyil.

Hikmət Hacıyev Prezident Administrasiyasının şöbə müdiri: Danışıqlar nəticəyönümlü olmalıdır. danışıqlar predmetli olmalıdır. Və danışıqlar prosesində ən vacib məqam mandata uyğun olan çərçivsədə fəaliyyətin aparılmasıdır.Minsk qrupu prosesində 11 dövlət iştiak edir. Məhz bu 11 dövlət hər birinin iştirakı ilə Minsk prosesinin geniş fotmatda iclasının keçirilməsinə ehtiyac var. Beynəlxalq ictimaiyyətədn və həmsədr ölkələrdən gözlənti ondan ibarətdir ki onlar öz səylərini daha da artırsınlar.

"Bizim Ermənistanla sərhəddə hərbi məqsədimiz yoxdur"

Düşmənin ön xətdə yerləşən mövqeləri, dayaq məntəqələri, ehtiyatları, 100-dən artıq canlı qüvvəsi məhv edilib. Ermənistan mətbuatının, sosial şəbəkələrin monitorinqi düşmənin itkisinin yüzlərlə olduğunu göstərir. Ermənistan tərəfi itkiləri gizlədir. Yəqin ki, bir müddət sonra Ermənistan mütəmadi olaraq itkilərini müxtəlif adlar altında ortaya çıxaracaq. Düşmənin Naxçıvan istiqamətində aktivləşməsindən də danışan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı "Azərbaycanın, ermənistanla sərhəddə torpaq iddiası yoxdur" deyib.

Vaqif Dərgahlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri: Düşmən itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən Ermənistana köç edən erməni əsilli şəxslərin olması da ehtimal olunur: “Ona görə də Ermənistan hərbi rəhbərliyinin bu itkiləri gizlətmək imkanı artır. Bu təxribat nəticəsində ərazi itkisi olmayıb. Ərazi itkisi ilə bağlı səsləndirilən iddiaları tam rədd edirik”. düşmən tərəfin işğal olunmuş ərazilərdə və Naxçıvan istiqamətində fəallığı müşahidə olunub: “İyulun 14-də Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələrinin bir avtomobili məhv edilib. Bu döyüşlərdə bölmələrimiz qarşısında düşmən mövqelərini ələ keçirmək məqsədi yox idi. Bizim Azərbaycan-Ermənistan sərhədində hərbi məqsədimiz yoxdur.

"Serbiya tərəfi məsələni araşdırır"

Mətbuat konfransında Serbiyanın Ermənistana silah sursat satması məsələsinə də toxunulub. Bildirilib ki, məsələ ilə bağlı Azərbaycanın Serbiyadakı səfirliyinə müvafiq tapşırıqlar verilib. Ermənistana silah satışı ilə bağlı Serbiya məsələni araşdırır.

Leyla Abdullayeva XİN-in mətbuat xidmətinin rəisi: Bu halın əslində Azərbaycan serbiya iki tərəfli strateji xarakterli münasibətlərin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Baş vermiş bu məslə ilə bağlı sebriyanın müvəqqəti işlər vəkili baş vermiş məslə ilə bağlı xəbərsiz olduğunu məlumatının olmadığını bildiribş Ümumiyyətlə bu hadisədən təəssüf hissi keçirdiyini qeyd edib. Məsələni Serbiya məruzə edəcəyini bildirib. Ümüdvardır ki, bu məsələ Serbiya Azərbaycan münasihbətlərinə təsir göstərməyəcəkdir.

"Erməni lobbisinin səyləri ABŞ Konqresində nəticəsiz qaldı"

Qurum rəsmisi eyni zamanda ABŞ Konqresində erməni lobbisinin səylərinin nəticəsiz qaldığını, lobbinin 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” layihəsinə düzəlişlərin daxil edilməsi istiqamətində cəhdlərinin fiaskoya uğradığını diqqətə çatdırdı.

Leyla Abdullayeva XİN-in mətbuat xidmətinin rəisi: Hər il olduğu kimi bu il də bzəi ermənipərəst konqres üzvləri tərəfindən düzəlişlər irəli sürülmüşdür. Azərbaycana qarşı ABŞ - ı tərəfindən müdafiə mhsulları və xidmətlərin göstərilməsi qadağan edilməsi düzəlişi gedirdi. Həmçinin Azərbaycanla ermənistan arasında xarici təhlükısizlik qüvvələrinin imkanlarının artırılması proqramı məsləsində priaritet təşkil olunması eynilik düzəlişləri var idi. Bu düzəlişlər konqresin nümayəndələr palatası tərəfindən rədd edilib.

ABŞ Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalını tanıdı

Leyla Abdullayeva həmçinin proses çərçivəsində düşmən ölkə nümayəndələri ilə əlbir şəkildə hərəkət edənlərin ABŞ Konqresinə dəfələrlə müraciət etdiyini, lakin onların da bu niyyətlərinin baş tutmadığını bildirdi. XİN rəsmisi vurğuladı ki,konqresdə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ilə bağlı bir düzəliş var. Düzəlişdə Azərbaycan da daxil olmaqla, digər 3 ölkədə ərazilərin qeyri-qanuni işğalı faktı təsdiqlənir.