• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2013
— 21.07.2020 11:58

İki pilotsuz uçuş aparatı məhv edilib

KepezTV Player

Bu gün düşmənin iki pilotsuz uçuş aparatı məhv edilib. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bu gün keçirilən mətbuat konfransında deyib.Düşmənin pilotsuz uçup aparatları Ağdam rayonu və Tovuz rayonu istiqamətində mövqelərimiz üzərindən uçuş etməyə cəhd edib və hər iki aparat ordumuz tərəfindən məhv edilib. Vaqif Dərgahlı Müdafiə Nazirliyinin elektron poçtuna könüllü hərbi xidmətə getməklə bağlı daxil olan müraciətlərdən də danışıb. Müraciətlərin sayı 17 minə yaxındır. Dərgahlı bu dəstəyə görə Azərbaycan xalqına təşəkkürünü bildirib və qeyd edib ki, hərbi xidmətə getmək üçün Müdafiə Nazirliyinə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət olunmalıdır.