• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1335
— 20.07.2020 16:40

AQTA 173 müəssisədə reyd keçirib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ümumilikdə 173 müəssisədə reyd keçirib. Həmin obyektlərdən 61-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.