• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1309
— 20.07.2020 18:30

Yol polisi maska taxmayanları cərimələdi

KepezTV Player

Gəncədə bu dəfə yol polisi əməkdaşları reyd keçiriblər. Sərt karantin rejiminin tələblərinə əməl etməyən sərnişin və sürücülər hədəfdə olub.

Koronavirus infeksiyasının qarşısının alınması istiqamətində görülən tədbirlər çərçivəsində baş tutan reyddə əsasən taksidə və ictimai nəqliyyat vasitələrində tibbi maskalardan istifadə etməyən, yaşayış yerini icazəsiz tərk edənlər yoxlanılıb. Şəhərin mərkəzi hissəsində reallaşan reyddə əksər insanların qoyulan tələblərə əməl etməsi müşahidə olunsa da, başısoyuqluq edib, qaydaları pozanlara da rast gəlinib. Bu cür sərt karantin rejiminə riayət etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Eşqin Qasımov DİN-in Mətbuat Xidmətinin əməkdaşı: Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncə Şəhər Baş Polis İdarəsinin və daxili qoşunların şəxsi heyəti ilə birlikdə mütəmadi olaraq reydlər keçirilir. Məqsəd infeksiyanın və onun törədəbiləcəyi fəsadların qarşısının alınmas, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsindən ibarətdir. Bu gün növbəti reyd Dövlət Yol Polis əməkdaşları tərəfindən keçirildi. Şəhər sakinlərindən xahişimiz odur ki, zərurət olmadan evdən çıxmasınlar. Evdən çıxdıqda xüsusi karantin rejiminin tələblərini yerinə yetirsinlər. İctimai nəqliyyatda, taksidə maskadan istifadə etsinlər.

Yol polisi əməkdaşları tərəfindən marşrutda tibbi maska taxmayan sakinlərə, eləcə də eyni səbəbdən sərnişin daşıyan taksi sürücülərinə protokol tərtib edilib. Buna görə qanunda nəzərdə tutulduğu kimi tələblərə riayət etməyərək qoyulan tələbləri pozan şəxslər inzibati qaydada 100 manat məbləğində cərimələniblər.