• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1880
— 20.07.2020 12:28

Top mərmisi tapıldı

KepezTV Player

Tovuz rayonun Dondar Quşçu, Yuxarı Öysüzlü və Hacallı kəndlərinin ərazisinə mərminin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə 3 siqnal daxil olub.Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.2 ev və həyətyanı və əkin sahəsinə baxış keçirilib. Ermənistan silahlı qüvvələri tərəfindən atılan 1 ədəd 100 mm-lik top mərmisi və partlamış top mərmilərinin qalıqları aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.Tapıntıların ətrafında 430 kvadratmetr əraziyə yerüstü, 37 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.