• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1063
— 20.07.2020 12:18

Məhkəmələrin fəaliyyəti bərpa olunub

KepezTV Player

Azərbaycanda məhkəmələrin fəaliyyəti bərpa olunub. Ali Məhkəmə və apelyasiya instansiyası məhkəmələrində bütün kateqoriya işlərə baxılması təmin edilir. Birinci instansiya məhkəmələri üzrə müəyyən işlərə baxılması təmin olunur. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonların inzibati ərazisində məhkəmə fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir. Vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunmalıdır. Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılmalı və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilməlidir.