• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2423
— 18.07.2020 19:47

Koronanın psixoloji təsirləri, psixoloqa müraciət

KepezTV Player

Sirr deyil ki, müasir dövrdə xüsusən böyük şəhərlərdə insanlar bir-birilərinə qarşı bəzən çox aqressiv davranırlar. Belə halları biz ictimai nəqliyyatda, növbələrdə, mağazalarda müşahidə edirik. Bunu çoxları gündəlik qayğıların, problemlərin çox olması ilə, insanların psixoloji gərginlik, stress içində yaşaması ilə əlaqələndirir. Bəs yaranan situasiyanın psixoloji sağlamlığımıza təsiri nə qədər realdır və belə olan halda psixoloqa müraciət edənlər varmı? Cavabı qarşıdakı sujetdə.

Dünyada sürətlə yayılmaqda davam edən, ölkəmizin də hüdüdlarından yan keçməyən, Covid-19 adı altında bir çox insanların həyatını məhv edən bioloji düşmən hər kəsin qoruxulu kabusuna çevrilib desək, yanılmarıq. Heç bir zaman qarşılaşmadığımız, hazırda tam mərkəzində olduğumuz karantin rejimi bir çox insanlara öz təsirini göstərir. Bu maddi və mənəti təsirlə yanaşı psixoloji gərginlik formasında da özünü biruzə verir. Belə bir situasiyada insanlar mütəxəssisə ən çox hansı problemlərlə müraciət edirlər?

Hər-halda insanın fizioloji sağlamlığı qədər psixoloji sağlamlığı da vacibdir. Çünki, psixoloji sarsıntı keçirən insan ətrafındakılarla sağlam ünsiyyət qura bilmir, bu da onun həyatına çox pis təsir edir.

İstənilən halda peşəkarlara müraciət etmək həmişə yaxşı nəticə verir. Odur ki, bütün gərginliklərdən uzaq olmaq, könül rahatlığı diləyi ilə...