• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1065
— 18.07.2020 20:05

Xüsusi karantin rejimi avqustun 31-dək uzadıldı

KepezTV Player

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 31 avqust saat 00:00-dək uzadılır.

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək. Həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 25-27 iyul və 1-3 avqust tarixlərində həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. Şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddətinə gəlincə...

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 20 iyul tarixdən etibarən masaj və hamam xidməti istisna olmaqla kosmetik xidmətlərin göstərilməsinə icazə verilir. Şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul tarixdən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.