• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2185
— 18.07.2020 20:01

Əsgərinə güvənib mətin dayanan sakinlər

KepezTV Player

Son günlərin ən çox danışılanı – Tovuzun Ağdam kəndi. Gərginliyin hələ də davam etdiyi bölgədə nisbi sakitlikdir, atəş səsləri eşidilmir. Bir neçə günlük qarşıdurmadan sonra kəddə həyat davam edir. Artıq belə vəziyyətdə yaşamağa adət edənlər gündəlik təsərrüfatları ilə məşğuldurlar.

Hazırda Ağdam kəndində normal həyat qaldığı yerdən davam edir. Vəziyyətin gərginləşdiyi vaxt evlərini tərk etməyən sakinlər adi günlərdə olduğu kimi həyatlarına davam edirlər və heç bir halda kəndlərini qoyub, getmək fikrində deyillər.

Əsasən heyvandarlıqla məşğul olan kəndlilər mal-qaranın otarılması, təsərrüfatlarında məhsul yığımı ilə məşğuldurlar. Əkin sahələrinin suvarılması üçün də lazımi tədbirlər görülür və həm suvarma, həm də içməli su ilə bağlı hər hansı bir çətinlik yoxdur.

Ağdam kəndinin sakinləri ordumuza güvəndiklərindən bu günə kimi yaşayış yerlərini tərk etmədiklərini və düşmənin bu cür təxribatlarının onları qorxutmadığını bildiriblər.