• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1785
— 18.07.2020 12:34

Raket başlığı aşkar olunub

KepezTV Player

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Qazax rayonu, Xanlıqlar kəndi ərazisində evin həyətinə mərmi hissəsinin düşməsi barədə məlumat daxil olub.Xüsusi mobil çevik əməliyyat qrupu və Qazax rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndəriliblər. Oradan 1 ədəd 9M33 raketinin döyüş başlığı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.