• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2092
— 18.07.2020 12:36

Kənddə həyat davam edir

KepezTV Player

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 53 dəfə pozublar.Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz də atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. Ermənilərin açdığı atəşin nə özü, nə də səsi Ağdam kənd sakinlərini qorxutmur. Baxmayaraq ki , düşmənin atəşkəsi pozmasını, mülki əhaliyə vurduğu ziyanı elə yaşayış evlərinin kandarından görmək mümkündür. Əhali gündəlik həyatında heç nəyi dəyişməyit. Təsərrüfatla məşğul olan sakinlər öz yurdlarına bağlıdırlar. Onlar Azərbaycan Ordusuna güvənirlər.