• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1970
— 17.07.2020 19:42

Şirniyyatı zəhər edənlər aşkarlandı

KepezTV Player

Reyd zamanı müəyyən olunub ki, fiziki şəxs  Quliyev İsa Həsrət oğluna məxsus şirniyyat sexi unlu qənnadı məmumalatlarının istehsalı ilə məşğul olur. İstehsal üçün yararsız, köhnə tikilidə fəaliyyət göstərən sexdə müxtəlif növ şirniyyatlar hazırlanır. Reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin istehsal üçün həddən artıq yararsız olduğu, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu aşkarlanıb.

Bununla yanaşı sexdə qəndlərin hazırlanması prosesi də aşkar edilib. Hazırlanması məqsədilə istifadə olunan qabların antisanitar şəraitdə olması, o cümlədən, qəndlərin ağardılması məqsədi qanunsuz istifadə olunan vasitələr də aşkarlanıb. Sanitar norma və qaydalara uyğun olmayan şəkildə hazırlandığı müəyyən edilib.

İstehsal olunan məhsulların aqibətinə gəlincə,

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönələn qanunsuz halların qarşısının alınması istiqamətində sərt tədbirlər həyata keçirəcək.