• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1469
— 17.07.2020 19:33

471 yeni yoluxma faktı qeydə alınıb

KepezTV Player

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 471 yeni yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.İndiyədək ölkədə ümumilikdə 26 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17 805 nəfər müalicə olunaraq sağalıb, 341 nəfər vəfat edib, 8 490 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 023, ötən müddət ərzində isə ümumilikdə 610 523 test aparılıb.