• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1224
— 17.07.2020 12:16

Sərt karantin rejiminin iki həftəlik uzadılması nəzərdə tutulub

KepezTV Player

Azərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilən xüsusi karantin rejiminin yenidən iki həftə uzadılması nəzərdə tutulub. Prezidentin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov Operativ Qərargahda bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması haqqında və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edildiyini bildirib. “Karantin rejiminin əlavə 15 gün uzadılmasına məcburuq", - deyə Şahmar Mövsümov vurğulayıb.