• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1682
— 17.07.2020 12:03

Qoşulmama Hərəkatına üzv dövlətlərin nümayəndələri Ermənistanın təxribatını pisləyiblər

KepezTV Player

Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilən hərbi təxribatla bağlı fövqəladə iclası keçirilib.

Azərbaycan tərəfinin təşəbbüsü ilə çağırılan iclasda Xarici İşlər naziri Ceyhun Bayramov və Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT yanında daimi nümayəndələri iştirak edib.Nazir Ermənistan tərəfindən Azərbaycanın silahlı qüvvələri ilə yanaşı, beynəlxalq humanitar hüquqa zidd olaraq mülki əhali və mülki obyektlərin də hədəf alındığını diqqətə çatdırıb və hərbçilər, eləcə də mülki şəxslər arasında itkilərin qeydə alındığını və mülki obyektlərə ciddi xəsarət yetirildiyini qeyd edib.Bayramov Ermənistanın davam edən təxribatının münaqişə ətrafında vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirmək, Ermənistanda formalaşan və COVID-19 pandemiyasının təsiri altında daha da kəskinləşən sosial-iqtisadi, maliyyə və siyasi böhrandan diqqəti yayındırmaq niyyəti ilə törədildiyini vurğulayıb.Qoşulmama Hərəkatına üzv dövlətlərin nümayəndələri çıxış edərək Ermənistanın təxribatını pisləyib, ölkələri tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin dəstəkləndiyini ifadə ediblər.