• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 838
— 17.07.2020 11:40

MN: Ermənistan ölü və yaralı olaraq yüzə yaxın hərbçisini itirib

KepezTV Player

Kütləvi informasiya vasitələrimizdə Ermənistanın İstintaq Komitəsinə istinadən son döyüşlərdə erməni tərəfinin guya 4 nəfər hərbi qulluqçusunu ölü və 36 nəfərini isə yaralı olaraq itirməsi barədə məlumat yayılıb. Müdafiə Nazirliyi bildirir ki, bu xəbər tamamilə yalandır və reallığı əks etdirmir. Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib. Həmişə olduğu kimi Ermənistan öz hərbi itkilərini ictimaiyyətindən gizlətməyə səylə çalışır. Ancaq bir müddət sonra həqiqət üzə çıxacaq və onlar itkiləri etiraf etmək məcburiyyətində qalacaqlar.Hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz  atəşə tutulmur, kənd sakinləri gündəlik işləri ilə məşğuldurlar. Amma ümumilikdə gərginlik davam edir.