• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 885
— 16.07.2020 20:25

Xarici nümayəndəliklərdə görülən işlər ciddi təhlil olunmalıdır

KepezTV Player

Prezident İlham Əliyev Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. dövlət başçısı nazirə yeni postunda ilk növbədə, Xarici işlər nazirliyi sistemində vəziyyətin sağlamlaşdırılmasını tapşırıb. Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələrinin yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlərin əsas rolunu önə çəkib. Dövlət başçısı bəzi hallarda səfirliklərimizdə çalışan insanların öz işinə laqeyd yanaşdıqlarını, passiv olduqlarını, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmədiklərini vurğulayıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Ölkəmiz haqqında reallıqları geniş ictimaiyyətə çatdıra bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Vaxtaşırı Azərbaycana qarşı ünvanlanan şər-böhtan xarakterli iradlara lazımi cavab verə bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Ona görə bütün bu məsələlər əlbəttə ki, sizin gündəlik fəaliyyətinizdə önəmli yer tutmalıdır. Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var.