• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 783
— 16.07.2020 11:48

"Azərbaycanın tankı vurulmayıb"

KepezTV Player

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyanın guya Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan tankının vurulması barədə yaydığı məlumata münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlının sözlərinə görə, Azərbaycanın tankı vurulmayıb. Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikası ön xətdə deyil. Tanklar isə düşmən bölmələrinin vura bilməyəcəyi ərazidədir.Azərbaycana məxsus 13 PUA-nın vurulduğu barədə məlumat da həqiqiqətə uyğun deyil. Əksinə bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı vasitəsilə Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərərkən məhv edilib.