• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 827
— 16.07.2020 11:24

Tovuzda vəziyyət gərgin olaraq qalır

KepezTV Player

Bu gün səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub. Eyni zamanda rayonun Ağdam, Əlibəyli, Hacallı, Muncuqlu, Vahidli kəndlərini və ordumzun üzbəüz mövqelərini 120 mm-lik minaatlardan, D-30 toplarından atəşə tutub.Artileriya atəşləri zamanı Dondar Quşçu kəndinə düşən mərmilər dağıntılara səbəb olub, yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə ziyan dəyib. Hadisə zamanı mülki şəxslərdən  ölən və ya xəsarət alanlar olmayıb. Müdafiə Nazirliyinin məlumatına görə, hazırda bu istiqamətdə döyüş gedir. Bununla belə kənd sakinlərinin ordumuza olan inam və etimadı çox böyükdür.