• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 14.07.2020 19:30

Gəncədə qanunsuz fəaliyyət göstərən idman zalı aşkarlandı

KepezTV Player

Gəncədə polis karantin qaydalarını pozan daha bir obyekt aşkarlayıb. Bu dəfə gizli fəaliyyət göstərən idman zalı müəyyən edilib. Bundan başqa şəhər ərazisində icazə almadan yaşayış yerini tərk edən şəxslər də saxlanılıb.

Qanunsuz fəaliyyət göstərən idman zalı Nizami rayonunun ərazisində aşkar edilib. Trinajor zalına baxış zamanı orada məşq edən şəxslər müəyyənləşdirilib. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejimi qaydalarına uyğun olaraq Kamran Həsənli, İlqar  Məmmədov, Səməd Yaqubov, Vüqar Məmmədov, Elçin Kərimov, Mehrin Nəcəfovun barələrində tədbir görülüb, həmçinin obyekt bağlanaraq sahibi cərimə olunub.

Eşqin Qasımov DİN-in Mətbuat Xidmətinin əməkdaşı:Gəncə şəhər baş polis idarəsinin post patrul xidmətinin əməkdaşları inzibati ərazilərində xidmət apararkən “Fithouse”  adlanan idman zalı aşkarlanıb ki, bu da şəhər ərazisində tətbiq edilən xüsusi karatin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərirmiş. Dərhal idman zalının fəaliyyəti dayandırılıb. Orada olan 5 nəfər vətəndaş aidiyyatı üzrə polis idarəsinə gətirilib, onlar barəsində qanunamüvafiq tədbir görülüb. Bundan əlavə olaraq idman zalının sahibi də məsuliyyətə cəlb edilib.

Şəhərin Kəpəz rayonu ərazisində isə polis əməkdaşları xidmət zamanı karantin qaydalarını pozan şəxsləri saxlayıb. Onlar qanunamüvafiq olaraq bölməyə gətirilərək barələrində protokol tərtib edilib. Ümumilikdə 30-a yaxın vətəndaş İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələnib.

Sənan İsmayılov karantin qaydasını pozan şəxs: Mən işə gedirdim. Marşrutda komandirlər yaxınlaşdı. İcazəmi yoxladılar. İcazəm olmadığı üçün məni bölməyə gətirdilər. Karantin qaydalarını pozduğuma görə protokol yazıldı. Biz də bu səhv təkrarlanmaz

Anar Qədimalıyev karantin qaydasını pozan şəxs: Marşruta mindim. Portala girməmişdim. Abbas Səhhətdə 9 nömrəli avtobusda məni saxlatdılar. Polis əməkdaşları maşını yoxlayanda məndə sms olmadı. Sonra bura gətirdilər. Bir də belə olmaz.

Daxili işlər nazirliyi vətəndaşlara bir daha müraciət edərək yaşayış yerini icazəsiz tərk etməməyi və qaydalara riayət etməyi tövsiyyə edir.