• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 731
— 14.07.2020 12:24

"Ermənistanın cəzasızlığı onu növbəti təxribatlara şirnikləndirir"

KepezTV Player

Ermənistanın cəzasızlığı onu növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirir. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı “TRT World” kanalına verdiyi müsahibədə deyib.Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatının qarşısını almaq üçün əks tədbirlər görməyə məcbur olduğunu qeyd edən H.Hacıyev məlum hadisəni təcavüz, gücdən istifadə və Ermənistan silahlı qüvvələrinin məqsədyönlü hərbi təxribatı kimi xarakterizə edib.

Ermənistanın cəzasızlığı onu növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirir. Beynəlxalq ictamaiyyət, ələlxüsus ATƏT-in Minsk qrupunun həmsədrləri səylərini daha da artırmalıdır. Ermənistan regionda iki ölkənin sərhədində daha bir münaqişə ocağı yaratmağa çalışır. Bu artıq həssas olan regional sülhü və təhlükəsizliyi təhdid etmək istiqamətində Ermənistanın məsuliyyətsiz fəaliyyətidir.