• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 904
— 14.07.2020 11:51

İyulun 20-dən sonra növbəti buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur

KepezTV Player

Dövlət İmtahan Mərkəzi sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda buraxılış və qəbul imtahanlarının keçirilməsi üçün də tədbirlər planı hazırlayıb və aidiyyəti qurumlarla razılaşdırılır. Bu bölgələrdən olan şagirdlərin sayı 47 000 nəfər təşkil edir.Tədbirlər planı bu gün DİM-in Direktorlar Şurasının iclasında müzakirə olunacaq və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunacaq.Qərargah icazə verəcəyi təqdirdə iyulun 20-dən sonra növbəti 2 həftə ərzində və hər həftə 2 dəfə olmaqla hazırda sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur.Bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək.Həmçinin ali məktəblərə sənəd verməyən və buraxılış imtahanlarında iştirak etməyən 11-ci sinif məzunları üçün də sentyabr ayında buraxılış imtahanları keçiriləcək.