• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 690
— 13.07.2020 21:14

5 min nəfər insanın gediş-gəlişi rahatlaşdıracaq

KepezTV Player

Samuxda uzunluğu 39.5 km olan yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur. Bu, 28.1 km uzunluğa malik Yenikənd-Poylu avtomobil yolu, 4.6 km-lik Kəsəmən, 2.8 km-lik Qarabağlı və uzunluğu 4 km olan Salahlı yoludur. IV texniki dərəcəli olan yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenilənir. Gürcüstan ilə dövlət sərhədinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini əhatə edən yolların yenidən qurulması 5 min nəfər əhalinin gediş-gəlişini rahatlaşdıracaq. Yollar boyu 39 yeni dəmir-beton suötürücü borunun quraşdırılması, mövcud körpünün təmiri işləri də layihə çərçivəsində həyata keçirilir.