• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 690
— 13.07.2020 20:36

Kəndlərimiz top və minaatanlardan atəşə tutulub

KepezTV Player

Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndləri. Ermənistan silahlı qüvvələrinin bölmələrinin növbəti hədəfi məhz bu yaşayış məntəqələri olub. Mülki insanların nişan alınması yerli sakinləri qorxutmur, hər kəs öz evində-obasındadır.

120 millimetrlik minaatanlar və D-30 topundan Tovuzun yaşayış məntəqələri atəşə tutulub. Tovuzun düşmənlə sərhəddə yerləşən Ağdam kəndində atəşkəs rejimi pozulmaqda davam edir. Kənd sakinlərinin isə əhval-ruhiyyəsi olduqca yüksəkdir. Ağdam düşmənə ən yaxın məsafədə yerləşən kəndlərdən biridir və uzun illərdir kənd sakinləri düşmən mövqeləri ilə üz-üzə dayanıb.

Erməni silahlı qüvvələri tərəfindən mövqelərimiz dünən gecədən iri çaplı silahlarla atəşə tutulur. Tovuzun Dondar Quşçu kəndi də silah səsləri eşidilir. Hətta günün ikinci yarısından qarşı tərəfdən atılan top mərmiləri belə kənddə həyatın öz axarında davam etməsinə maneə olmayıb.

Müdafiə nazirliyinin məlumatına görə, kənd sakinlərinə heç bir ziyan dəyməyib" və düşmənin təxribatına milli ordumuz tərəfindən "daha sərt cavab tədbirləri görülür".