• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 803
— 13.07.2020 12:30

Gəncədə yanacaqdoldurma məntəqəsində partlayış olub

KepezTV Player

Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış olub. Fövqəladə Hallar Nazirliyi baş verən hadisə ilə bağlı  açıqlamasını yayıb. Gəncə şəhərinin Kəpəz rayonunda "LUKOİL" yanacaqdoldurma məntəqəsinin ərazisində tutumu 50 ton olan yeraltı yanacaq çəninin içərisində 7,2 ton benzin yanıb. Yaxınlıqda olan 1 ədəd 50 tonluq və 3 ədəd 25 tonluq benzin və dizel çəni alovdan mühafizə olunub. Yanğın söndürülüb.