• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3253
— 11.07.2020 17:07

Barı uçdu, xəstəxana qazsız qaldı

KepezTV Player

Gəncədə səhər saatlarında yağan leysan xarakterli yağış fəsadsız ötüşməyib. Bağmanlar yaşayış massivində özəl xəstəxananın barısı uçaraq tibb ocağının qaz borusunun üzərinə aşıb. Nəticədə diametri 76 mm olan yerüstü polad qaz xəttinin bir hissəsi yararsız vəziyyətə düşüb. Təhlükəsizlik tədbirlərinə uyğun olaraq qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə fəsadlar aradan qaldırıldıqdan sonra qaz təminatı bərpa ediləcək.