• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1892
— 11.07.2020 17:04

Baş Nazir təhsil sahəsi ilə bağlı qərar verib

KepezTV Player

Baş Nazir Əli Əsədov təhsil sahəsi ilə bağlı qərar verib.Belə ki, Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradılacaq.Yaradılan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Gəncə Musiqi Kolleci, Gəncə Dövlət Regional Kolleci öz fəaliyyətlərini davam etdirəcəklər.