• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1775
— 11.07.2020 16:56

Virus əleyhinə olan dərmanlar Covid-19-dan qoruyurmu?

KepezTV Player

Bu gün bir çox insan koronavirusa yoluxmamaq üçün həkim məsləhəti olmadan ev şəraitində immuniteti qaldıran yaxud da soyuqdəyməyə qarşı dərmanlar qəbul edir. Həqiqətən apteklərdə satılan virus əleyhinə olan dərmanlar Covid-19-dan qoruyurmu? Məsələ həqiqətən də aktualdır.

Əksər insanlar bir az ağrı hiss edən kimi dərhal aptekə gedir, yaxud evdə olan preparatlarla özlərini kortəbii müalicə edirlər. Bu orqanizmdə hansı problemlərə başlanğıc ola bilər ?

Arzu Abdullazadə klinik-farmakoloq:“İndiki dövrdə reseptsiz dərmanların satışı demək olar ki, reseptli dərmanların satışını üstələyib. Faktiki olaraq biz indiki dövrdən danışırıq. Onlar üz tuturlar apteklərə və apteklərdə klinik yönümlü əczaçılar tərəfindən onlar qaşılanır və onlar istiqamətləndirilir müalicə təcrübəsinə. Ümumiyyətlə, qızdırma salıcı preparatlar, virus əleyhinə olan preparatlar birbaşa satışı icazəsiz verilir. Onların simptomlarını biz araşdırırıq burda. Və onların əgər o karona virus simptomlarına uyğun əlamətlər olarsa, biz onu həkim-infeksionistə istiqamətləndiririk. Ancaq qalan reseptsiz satılan dərmanlar biz onlara kömək əlimizi uzadırıq. Çünki, hər bir qızdırması qalxan xəstədə karona virus aşkar olunmurki. Ona görə də biz onlara birbaşa aptekdə  simptomatik olaraq müəyyən dərmanlar təyin olunmağa icazə veririk. Virus əleyhinə və qızdırma salıcı.”

Həkimlər deyir ki, karona virus infeksiyası dövründə bəzi soyuqdəymə əleyhinə populyar dərman preparatlarının əksinə virusun hüceyrəyə nüfuzunu və virus yükünü artırdığı sübut olunub.Hətta xəstəliyin ağırlaşmasına da səbəb olduğu deyirlər. Əgər soyuqdəymə və temperatur əlamətləri varsa öz sahə həkiminizə müraciət etməlisiniz. Eyni zamanda bu kimi yalnış preparatların qəbulundan qaçınmanız mütləqdir. Apteklərdə satılan virus əleyhinə olan dərmanlar Covid-19-dan qoruyurmu? sualı hazırda insanları ən çox maraqlandıran məsələlərdəndir. Ötən gün baş tutan Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində də bu mövzu müzakirə olunub.

Ağrı hansısa bir xəstəliyin ilkin xəbərçisidir. Orqanizmin siqnallarına biganə yanaşaraq, ağrıkəsici vasitəsilə poblemin müvəqqəti həlli yolunu seçməkdənsə, həkimə müraciət edərək müayinə olunmaq daha məsləhətlidir. Bu zaman  problemi müvəqqəti yox, kökündən həll etmiş olarıq.