• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 686
— 10.07.2020 20:31

AQTA reyd keçirdi

KepezTV Player

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağstafa rayon İcra Hakimiyyəti və rayon polis şöbəsinin nümayəndələri ilə birgə rayonun mərkəzi bazarında və ictimai iaşə müəssisələrində monitorinq keçirib.Monitorinq zamanı bəzi müəssisələrin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Firmaya məxsus Ağstafa royon mərkəzi bazarında yeyinti məhsullarının satışı zamanı sanitar-gigiyena norma və qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilib. Bundan başqa bazarda heyvan mənşəli məhsulların sanitar-gigiyenik vəziyyəti qeyri-qənaətbəxş olan vitrinlər üzərində qida məhsullarının üstü açıq şəraitdə, mal qonşuluğu prinsipi və temperatur rejiminə riayət edilmədən satışının həyata keçirildiyi aşkarlanıb. Reyd zamanı Niyazi Novruzov və Hafiz Babayevə məxsus kafelərdə sanitar-gigiyenik qaydaların kobud şəkildə pozulduğu aşkar edilib. Qida məhsullarının saxlanması zamanı qida təhlükəsizliyi tələblərinə və sanitar qaydalarına riayət edilmədiyi, hətta bəzilərində tullantıların vaxtında kənarlaşdırılmadığı, birbaşa mətbəx sahəsində saxlandığı məlum olub. Eyni zamanda həmin kafelərdə mütəmadi olaraq dezinfeksiya,deratizasiya tədbirlərinin aparılmadığı, işçilərin işə qəbul edilməzdən əvvəl və dövri olaraq tibbi müayinədən keçmədikləri, eləcə də xüsusi gigiyenik geyimlərdən istifadə etmədikləri aşkarlanıb.Müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb.