• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1759
— 10.07.2020 20:38

1440 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

KepezTV Player

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə bir sutka ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 287 nəfər  İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 151 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 1 440 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 70-i rayon, 100-ü paytaxt istiqamətinə olmaqla 170, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 50-i rayon, 45-i paytaxt istiqamətinə olmaqla 95, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 175-i rayon, 155-i paytaxt istiqamətinə olmaqla 330 avtomobil geri qaytarılıb, ümumilikdə 595 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.