• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1239
— 09.07.2020 19:04

Şəhid ailələri üçün evlər tikilir

KepezTV Player

Tezliklə Mingəçevirdən olan iki aprel şəhidinin ailələri üçün fərdi evlərin tikintisinə başlanılacaq. Mənzillər şəhid ailələri üçün verilən fərdi yaşayış sahələrində inşa ediləcək.

2016-cı ilin aprel döyüşlərində şəhid olan gizirlər Mingəçevir sakinləri, Teymur Qasımov və Adil Adilzadənin ailələri məişət şəraitlərinin yaxşılaşdırılması üçün cari ilin fevral ayında Birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya müraciət ediblər. Hər iki ailənin müraciətinə müsbət cavab verilib. Bildirilib ki, bu həftə ərzində hər iki ailə üçün evlərin tikintisinə başlanılacaq.

Bildirək ki, hər iki ev şəhid ailələrinə məxsus fərdi yaşayış sahəsində tikiləcək. Mingəçevirdən olan digər aprel şəhidləri Rahim Tağiyev və Rüstəm Məmmədovun ailəsi də bir müddət öncə Mehriban xanım tərəfindən Gəncə şəhərində mənzillərlə təmin edilib.