• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 978
— 08.07.2020 20:58

Nəhənglər xalsız qaldı

KepezTV Player

Futbol üzrə İtaliya A Seriyasında 31-ci tura start verilib. İlk oyun günündə baş tutan iki qarşılaşmada çempionluğa iddialılar xalsız qalıblar.

Turun mərkəzi görüşündə Milan evdə ilk sırada qərarlaşan Yuventusu qəbul edib. Birinci hissəsi qolsuz tamamlanan oyunda fasilədən sonra 6 qol qeyd alınıb. İkinci 45 dəqiqədə rasyonerlər üçün yaxşı başlamayıb. 47-ci dəqiqədə Adrien Rabiotun qüvvətli zərbəsiylə önə keçən qonaqlar 53-cü dəqiqədə növbəti dəfə rəqib qapısına yol tapıblar. Bu dəfə Kriştiano Ronaldo adını tabloya yazdırıb. Ancaq özünü itirməyən milanlarlılar qısa zamanda toparlanaraq möhtəşəm geridönüş ediblər. 62-ci dəqiqədə Zlatan İbrahimoviç təyin olunan 11 metrlik cərimə zərbəsindən buraxılan toplardan birinin əvəzini çıxıb. 4 dəqiqə sonra isə status-kvon bərpa olunub. Meydan sahiblərindən Frank Kessi hesabı bərabərləşdirib.  Durmaq bilməyən qırmızı-qaralar cəmi 1 dəqiqə sonra güclü rəqibini 3-cü dəfə mərkəzə dəvət edib. Rafael Leao fərqlənərək Milanı irəli çıxarıb. Qarşılaşmada son nöqtəni isə Ante Rebiç qoyub. Dəqiq zərbəylə toru silkələyən oyunçu komandasına əzmkar qalibiyyət gətirib. Milan 4 Yuventus 2. Turin klubu 7 ildən sonra çempionat oyununda 4 top buraxıb. Həmçinin bu məğlubiyyətlə “Yuventus”un 7 görüşlük qələbə seriyası da qırılıb.

Günün digər qarşılaşmasında “Latsio” səfərdə autsayderlər qrupunda yer alan “Leççe”nin qonağı olub. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan paytaxt kollektivi bu oyundan 2:1 hesablı məğlubiyyətlə ayrılıb. Halbuki görüşdə tablonu romalılar hərəkətə gətiriblər. 5-ci dəqiqədə Felipe Kaysedo hesabı dəyişib. Fasiləyədək Leççe bərabərliyi təmin edib. Kuma Babakar qapıya düşüb. 47-ci dəqiqədə isə sarı-qırmızılardan Fabio Luçioni diqqət mərkəzinə düşərək Leççeyə 3 xal qazandırıb.