• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1539
— 08.07.2020 20:46

Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər

KepezTV Player

Koronavirusdan sağalan insanlar da yenidən bu virusa yoluxa bilərlər, ona görə onlar da tibbi maskalardan istifadə etməlidirlər.Səhiyyə Nazirliyi tərəfindən yaradılan işçi qrupun məlumatına görə,orqanizmdə koronavirusa görə immunitetin nə qədər müddətə davam etdiyi bilinmir. Bəziləri deyir ki, bu immunitet 2-3 həftə, bəziləri deyir ki, 2-3 ay davam edir. Bu müddətin nə qədər olduğu dəqiq bilinmədiyi üçün COVİD-19-a yoluxan şəxs bu virusa yenidən yoluxa bilər. Həmin şəxslərin xəstəliyi yüngül və ya ağır keçirməsi barədə də məlumatlar yoxdur.”İstər bir dəfə, istərsə 2 dəfə yoluxmadan və ya ümumiyyətlə yoluxub-yoluxmamasından asılı olmayaraq, hamı eyni qaydalara riayət etməlidir. Çünki sübutlar var ki, yoluxanların 10 faizi COVİD-19-a yenidən yoluxa bilir” deyə işçi qrupdan bildirilib.Koronavirusu yüngül və simptomsuz keçirən pasiyentlər tam sağaldıqdan sonra belə virus onların yuxarı tənəffüs orqanlarında 1-2 həftə qala bilir.