• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 721
— 08.07.2020 12:05

Şəmkirdə kafe və restoranlarda gecə reydi keçirilib

KepezTV Player

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejimi qaydalarının təmin olunması istiqamətində Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargahın və Rayon Polis Şöbəsinin əməkdaşları reyd keçiriblər. Xüsusilə axşam saatlarında kafe, restoran və çayxanalarda bəzi neqativ hallara yol verildiyi aşkarlanıb. Obyektlərin işçiləri və sahibləri barədə qanuna müvafiq tədbirlər görülüb. Polis əməkdaşları tərəfindən 33 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tərtib olunan protokol əsasında 200 manat məbləğində cərimə edilib. Təzəkənd kənd sakini Rauf Cəfərov isə yerli məhkəmənin qərarı ilə 8 gün müddətində inzibati qaydada həbs edilib.

Natiq Hüseyn