• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 863
— 08.07.2020 11:54

COVİD-19-a qarşı görülən tədbirlər müzakirə edilib

KepezTV Player

Gəncədə Koronavirusa Qarşı Mübarizə Qərargahı üzvlərinin və inzibati ərazi dairə nümayəndələrinin iştirakı ilə koronavirus pandemiyası ilə əlaqədar mövcud vəziyyət videokonfrans formasında müzakirə olunub. Şəhərin icra başçısı Niyazi Bayramov Gəncədə yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində rayon və şəhər rəhbərləri qarşısında qoyulan tələb və tapşırıqların miqyasının daha da genişləndiyinə diqqət çəkib. Tibbi-profilaktiki və maarifləndirmə tədbirlərinin davam etdirildiyi, qrafik üzrə aparılan dezinfeksiya işlərinin gücləndirildiyi vurğulanıb. Şəhər rəsmilərinin iştirakı ilə müxtəlif ərazilərdə maarifləndirmə xarakterli reydlərin davam etdirildiyi, sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozanlar barəsində qanunamüvafiq formada tədbir görüldüyü diqqətə çatdırılıb.Əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu bildirən Niyazi Bayramov, karantin rejiminin tələblərinin icra edilməsi ilə əlaqədar  İnzibati Ərazi Dairələri üzrə nümayəndələrə, o cümlədən mobil qrupların üzvlərinə ciddi tapşırıqlar verib.