• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2168
— 07.07.2020 19:15

Azərbaycanda daha 537 nəfərdə COVID-19 aşkarlanıb

KepezTV Player

Azərbaycanda koronavirus infeksiyasına 537 yeni yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.İndiyədək ölkədə ümumilikdə 21 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib, 8 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 102, ötən müddət ərzində isə ümumilikdə 529 875 test aparılıb.