• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 689
— 07.07.2020 12:32

Şəmkirdə Yol polisləri tibbi maskadan istifadə etməyən taksi sürüclərini cərimələyib

KepezTV Player

Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları  koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirləri davam etdirir. Yol Polisləri tibbi maskadan istifadə etməyən sürücüləri həm maarifləndirib, həm də cərimələyib.

Şəmkir şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olan bu sürücü tibbi maskadan istifadə etmədən sərnişindaşıma ilə məşğul olur. Sükan sahibi yalnız yol polislərini gördükdən sonra tibbi maskadan yararlanmağa çalışır. Asayiş keşikçiləri sanitar-karantin qaydalarına əməl edilməsi üçün  sürüclərlə maarifləndirici, izahedici söhbətlər aparılır. Karantin qaydalarına riayət etməyənlər barəsində qanuna müvafiq tədbirlər görürlər.

Şəmkir rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları taksi fəaliyyəti ilə məşğul olan sürüclərə bir daha sanitar-karantin rejimin qaydalarına əməl etməyi tövsiyyə ediblər. Tibbi maskadan istifadənin zəruri olduğu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi diqqətinə çatdırılıb. Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər inzibati qaydada cərimələnib.

Şəmkirdə yol polisi əməkdaşları bu istiqamətdə tədbirləri gündəlik olaraq davam etdirilir.

Natiq Hüseyn