• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2310
— 06.07.2020 13:33

Göygölə istirahət gələnlər cərimələndi

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən istirahət mərkəzlərində keçirilən reydlər nəticəsində xüsusi karantin qaydalarını pozaraq rayon ərazisinə istirahət məqsədi ilə gələnlər aşkarlanaraq məsuliyyətə cəlb olunublar. Araşdırmalar zamanı belə şəxslərin əsasən dövlət idarələri və müəssisələri tərəfindən verilən xüsusi icazələrdən süi istifadə edərək rayona gəldikləri müəyən edilib. Karantin qaydalarını pozan şəxslər barəsində protokollar tərtib olunaraq məsuliyyətə cəlb ediliblər. Bu kimi yoxlamalar tək istirahət mərkəzlərində yox, kirayə verilən mənzillərdə də davam etdirilir.

Natiq Hüseyn