• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2204
— 06.07.2020 12:16

Əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək

KepezTV Player

Dövlət İmtahan Mərkəzi iyulun 10-da karantin rejimi sərtləşdirilməyən şəhər və rayonlarda əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin qəbul imtahanının birinci mərhələsi, həmçinin V ixtisas qrupu və 11 illik bazada kolleclərə qəbul imtahanı keçirəcək. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, İmtahanlar sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan 41 şəhər və rayonda baş tutacaq. Həmin məkanlara Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Şəmkir, Daşkəsən daxildir. İmtahanda yalnız ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə bilərlər.“İmtahana buraxılış vərəqəsi” gün ərzində Mərkəzin saytında yerləşdiriləcək.